Sayt qiymətləri

Ödəniş birdəfəlikdir. İkinci ildən yalnız domen və hostinqin yenilənməsi ödənilir.

Start

Fəaliyyətə yeni başlayan və ya ilk saytını açan bizneslər üçün.

299 AZN

  • 5 səhifəyə qədər
  • Hazır dizayn, sizin rəng və loqonuzla
  • Domen və hostinq, 1 il
  • WhatsApp düyməsi və əlaqə formu
  • Mobil uyğunluq və SSL
  • Hazır olma müddəti: 5 iş günü
Start paketini seçin

E-ticarət

Onlayn satış edən mağazalar və xüsusi funksiya istəyən layihələr üçün.

899 AZN-dən

  • Biznes paketindəki hər şey
  • Məhsul kataloqu və səbət
  • Bank kartı ilə onlayn ödəniş
  • Sifarişlərin idarəsi
  • Fərdi dizayn
  • Hazır olma müddəti: 14 iş günü
E-ticarət paketini seçin

Qiymətə daxildir

Əlavə ödəniş tələb edən gizli xidmət yoxdur. Paketdə yazılan hər şey qiymətə daxildir.

  • Domen və hostinq

    Bir il ödənişsiz. .az və ya .com ünvanı sizin adınıza qeydiyyatdan keçir.

  • Telefonda rahat

    Müştərilərinizin çoxu saytı telefondan açır. Hər səhifə mobil üçün ayrıca yoxlanılır.

  • Google-da görünmə

    Əsas SEO ayarları, Google Xəritə və Search Console qoşulması.

  • WhatsApp və zəng

    Müştəri bir toxunuşla sizə yazır və ya zəng edir.

  • SSL sertifikatı

    Ünvan sətirində qıfıl nişanı, məlumatlar qorunan bağlantı ilə ötürülür.

  • Sayt idarəetməsi

    Mətn, şəkil, qiymət və məhsulları özünüz dəyişirsiniz. Necə edildiyini göstəririk.

Saytınıza onlayn ödəniş

Müştəri məhsul və ya xidmətin pulunu kartla saytda ödəyir. Bu banklarla inteqrasiya edirik:

  • Kapital Bank
  • Epoint
  • Beynəlxalq Bank
  • Leobank

Tez-tez verilən suallar

Cavabını tapmadığınız sualı WhatsApp-da yazın, iş saatlarında 15 dəqiqə ərzində cavab veririk.

Saytım başqa şirkətin saytı ilə eyni olmayacaq?

Saytın quruluşu hazır ola bilər, amma rənglər, loqo, şəkillər, mətnlər və bölmələr sizin brendinizə görə dəyişdirilir. Nəticədə sayt sizə məxsus görünür.

Saytdakı məlumatları sonra özüm dəyişə bilərəm?

Biznes və E-ticarət paketlərində idarəetmə paneli var: xidmət, qiymət, şəkil və məhsulları özünüz əlavə edirsiniz. Start paketində dəyişikliyi bizə yazırsınız, biz edirik.

Domenim artıq var. Onu istifadə etmək olar?

Bəli. Mövcud domeninizi yeni sayta qoşuruq, bu xidmət qiymətə daxildir.

Onlayn ödəniş hansı banklarla qoşulur?

Kapital Bank, Epoint, Beynəlxalq Bank və Leobank ödəniş sistemlərini qoşuruq. Bankla müqaviləni siz bağlayırsınız, texniki inteqrasiyanı biz edirik.

Ödəniş necə aparılır?

50% iş başlayanda, qalan 50% sayt yayıma çıxmazdan əvvəl. Nağd, kart və ya şirkət hesabına köçürmə ilə ödəmək olar.

Sayt hazır olandan sonra dəstək verirsiniz?

İlk ay kiçik düzəlişlər ödənişsizdir. Sonra aylıq dəstək paketi seçə və ya ehtiyac olduqca ayrıca sifariş edə bilərsiniz.

Sahənizi yazın, eyni gün nümunə göndərək

Biznesinizin adı ilə hazırlanmış nümunə səhifəni görün, sonra qərar verin. Bu, ödənişsizdir və sizi heç nəyə məcbur etmir.

Ünvan
Bakı, Azərbaycan
İş saatları
B.e. – Şənbə, 10:00 – 19:00